Deputatın şəxsi mühafizəçisi pəhləvandan QEYRİ-ADİ HƏRƏKƏTLƏR  - VİDEO
05 fevral 2022 18:40 (UTC +04:00)

Deputatın şəxsi mühafizəçisi pəhləvandan QEYRİ-ADİ HƏRƏKƏTLƏR - VİDEO

Ucarlı pəhləvanın etdiyi qeyri-adi üsullar sakinlərin təəccübünə səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, 1990-cı ildə Ucarda anadan olan Ruslan Qadil oğlu Məmmədov rayonda güclü pəhləvan kimi məşhurdur. Hər kəs Ruslanı gözəl insan, güclü pəhləvan və bacarıqlı müəllim kimi tanıyır.

O, hələ uşaqlıqdan, yəni 6 yaşından idmanla məşğul olur. Ruslan 2017-2019-cu illərdə Rusiyada yaşayıb. Müəyyən səbəblərdən vətənə dönüb.

Ruslan deyir ki, pəhləvanlıq sənəti onlarda irsidir: “Babam Soltan Məmmədovda rayonda tanınmış bir pəhləvan olub. Hətta indi mənimlə söhbət edən yaşlı insanlar babamın sənətin davam etdirdiyimə görə, mənə minnətdar olduqlarını deyirlər. Bu da məni daha da ruhlandırır”.

Ailədə iki qardaş olan Ruslan Rusiyada yaşadığı 3 il müddətində hər il yarışlara qatıldığını və birincilik əldə etdiyini deyir: “2019-cu ildə Rusiyada keçirilən "alma bayramı"na könüllü olaraq daxil olmuşam və birinci yeri tutmuşam. Azərbaycanın Qəbələ rayonunda milli qəhrəman general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş döyüşdə baş hakim dərəcəsində iştirak etmişəm. Bunlardan biri yük qatarını dartmaqdır”.

Ruslan hal-hazırda Ucar rayon qaz istismar sahəsində çalışsa da, rayonda fəaliyyət göstərən idman klubunda da müəllimdir.

Ruslanın böyük qardaşı Qalib Məmmədov deyir ki, qardaşım Ruslan həm Rusiyada yaşadığı vaxtlar, həmdə Azərbaycanda olduğu vaxt mötəbər yarışlarda hakimlik edib. Hətta Rusiyada deputatın şəxsi mühafizəçisi olub. Qalib Məmmədov qardaşı ilə fəxr etdiyini geyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Oxşar yazılar