Gəncə daha iki orta məktəb distant təhsilə keçib.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev APA-nın yerli bürosuna bildirib ki, buna səbəb 31 nömrəli tam orta məktəbdə 4 şagirdin, 36 nömrəli tam orta məktəbdə isə 3 müəllimin COVİD-19 infeksiyasına yoluxmaları ilə bağlıdır.
Onun sözlərinə görə, məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə dərslər dayandırılıb və hər iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Qeyd edək ki, bundan əvvəl də Gəncədə daha iki məktəb distant təhsilə keçib.