Mayın 19-dan 53 və 66 saylı müntəzəm marşrut xətləri üzrə avtobuslar nağdsız ödəniş sistemi əsasında fəaliyyət göstərir.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, "BakıKart" balansının artırılması üçün sözügedən marşutların hərəkət istiqaməti üzrə bir sıra ünvanlarda ("OBA" market daxilində) POS terminallar quraşdırılıb.
53 saylı müntəzəm marşrut xətti üzrə Səbail rayonu, Badamdar qəsəbəsi Tofiq Məmmədov küç., Əziz Nəzərov küç., Bayıl qəsəbəsi Əli Nəzmi küç., Fərman Qurbanov küç., Yubiley küçələrində, 66 saylı marşrut xətti üzrə isə Suraxanı rayonu, Yusif Eyvazov küç., Ə.Mehbalıyev küç., Cəlal Qurbanov küç., Sakit Qocayev küçələrində yerləşən “OBA” marketlərdə kart balansının artırılması üçün POS terminallar quraşdırılıb.