Daha bir universitetdə 9 qrup distant təhsilə keçdi -  RƏSMİ
28 oktyabr 2021 18:14 (UTC +04:00)

Daha bir universitetdə 9 qrup distant təhsilə keçdi - RƏSMİ

“29 sentyabrdan bu günədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər sayəsində universitetdə “COVİD-19”a yoluxma hallarının kütləvi şəkil almasının qarşısı alınıb”. 

Bu sözləri Lent.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov deyib.

O bildirib ki, indiyə qədər 17 nəfərdə virusa yoluxma faktı aşkarlanıb:

“Ötən müddət ərzində ADNSU-nun bakalavr və magistratura təhsil pillələri üzrə təhsil alan tələbələri arasında 17 nəfər koronavirusa yoluxub. Onların oxuduqları 16 qrup (1 qrupda 2 tələbə yoluxub) tədrisə onlayn formatda qatılıb. Hazırda karantin müddəti bitdiyinə görə, həmin qruplardan 7-si yenidən əyani formada dərslərdə iştirak edir.

ADNSU-da koronavirusa yoluxma hallarının minimuma endirilməsi məqsədilə bütün qaydalara riayət vedilir.    

Bundan əlavə, universitetdə xüsusi işçi qrupları virusa yoluxan tələbələrlə mütəmadi olaraq maraqlanır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7134
avatar

Aytəkin Cəlali

Oxşar yazılar