Vətən müharibəsi şəhidi Əkbər Məsimovla Ağdaşda vida mərasimi
07 iyun 2021 18:41 (UTC +04:00)

Vətən müharibəsi şəhidi Əkbər Məsimovla Ağdaşda vida mərasimi

Daha bir şəhid Ağdaşda dəfn edildi - VİDEO

Vətən müharibəsində şəhid olan Əkbər Məsimov anadan olduğu Ağdaş rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçinin nəşi Ağdaşın Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon İcra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər, gənclər iştirak edib.

Mərasimdə şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Ən böyük əsgər, bizim əsgər!" şüarları səsləndirilib.

# 2811
avatar

Oxşar yazılar