Daha bir marşrut kartla ödənişə keçdi
22 aprel 2021 13:59 (UTC +04:00)

Daha bir marşrut kartla ödənişə keçdi

Sabahdan 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün Xırdalan şəhərində, aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə POS terminallar yerləşdirilib.

Hacı Zeynalabdin Tağıyev küçəsi 107;

Mehdi Hüseynzadə küçəsi 619; 

Nəsibə Zeynalova küçəsi 1;

Nizami Gəncəvi küçəsi 12; 

Heydər Əliyev prospekti.

Agentlik sərnişinlərdən “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edir. Bildirilir ki, əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Mehman Nəbiyev

Oxşar yazılar