Daha bir bəyə "toy tutdular"
12 aprel 2021 11:20 (UTC +04:00)

Daha bir bəyə "toy tutdular"

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Şahverdili kənd sakini Nail Əzimov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar