Daha 16 hərbçiyə ƏLİLLİK VERİLDİ
19 noyabr 2021 17:19 (UTC +04:00)

Daha 16 hərbçiyə ƏLİLLİK VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindəki komissiya tərəfindən daha bir qrup şəxsin əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəsi keçirilib. Komissiya Agentliyin, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyalarının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələrindən ibarətdir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, müayinə zamanı 16 nəfərə hərbi səbəblərlə əlaqədar əlillik təyinatı aparılıb. 3 nəfərə ümumi səbəblərdən əlillik təyin edilib. Əyani müayinə zamanı hərbi səbəblərlə əlaqədar 3 nəfər əlilliyi olan şəxsin dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün tibbi göstərişinin olmasına, 5 nəfərin isə müalicəsinin davam etdirilməsinə dair qərar verilib.
Bir neçə şəxsin isə diaqnozunun təsdiqini tapmadığı, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub.

Qeyd edək ki, bu il 48 minədək şəxsə əlillik təyinatı aparılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

# 1443
avatar

Aytəkin Cəlali

Oxşar yazılar