COVID-ə görə bağlanan məktəblərin  sayı artdı
04 fevral 2022 15:20 (UTC +04:00)

COVID-ə görə bağlanan məktəblərin sayı artdı

Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətli yoluxma qabiliyyətliliyi səbəbindən məktəblərin bağlanması məsələsinə münasibət bildirib. 

Lent.az xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev fevralın 2-si tarixinə görə ölkədə 9 məktəb COVID-19-la əlaqəli distant tədrisə keçdiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Bir həftə ərzində onlar distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yolxuma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Bütün məktəblərin bağlanmasına səbəb yoxdur”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Fidan İlqar

Oxşar yazılar