COVID-19 pasportu olmayanlara QADAĞA : Bu şəxslər ...
16 avqust 2021 13:26 (UTC +04:00)

COVID-19 pasportu olmayanlara QADAĞA: Bu şəxslər ...

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının mövzusu bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçirilməsi ilə bağlıdır.

Lent.az bununla əlaqədar bəzi suallara cavab tapmağa çalışıb.

ƏƏSMN-dən bununla bağlı bildirilib ki, nazirliyin heç də bütün e-xidmətlərindən istifadə üçün bu pasport tələb olunmayacaq:

"Hansı e-xidmətlər ki, edilmiş e-müraciət əsasında bu və ya digər mərhələdə vətəndaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutur, həmin e-xidmət üçün COVID-19 pasportu tələb ediləcək. Misal üçün, şəxs ünvanlı sosial yardım üçün e-qaydada müraciət edir və bu  müraciətə baxılmasının növbəti mərhələsi kimi onun ailəsinin maddi-məişət şəraitinin müayinəsi, vətəndaşla əyani təmas gözlənilir. Bu halda COVID-19 pasportu tələb edilir. Lakin bir çox e-xidmətlərimiz var ki, onlar heç bir halda əyani ünsiyyəti nəzərdə tutmur, məsələn e-arayışların alınması, məlumat alınması, müəyyən əməliyyatın aparılması və s. üçün. Belə e-xidmətlər üçün COVID-19 pasportu tələbi yoxdur.

COVID-19 xəstəliyini keçirmiş və bununla bağlı rəsmi qeydiyyata düşmüş şəxslərə də bu barədə təsdiqedici sənəd verilir. Buna görə də nazirliyin və onun qurumlarının qəbul mərkəzlərində, DOST mərkəzlərində qəbul və müraciətlərə baxılması yalnız peyvənd olunmaq və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaq barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqda həyata keçiriləcək".

Qeyd edilib ki, peyvənd olunmaq üçün əks göstərişləri olanlara da bununla bağlı təsdiqedici sənəd verilməsi nəzərdə tutulub:

"Onlar da bu sənədi təqdim etməklə sosial xidmətlərdən faydalana bilərlər. Bundan başqa peyvəndin yalnız birinci dozasını vurduran şəxslər artıq vaksinasiya prosesinə qoşulmuş sayılırlar və onlar üçün məhdudiyyət yoxdur.

Həmçinin vətəndaşın COVID-19 pasportu yanında deyilsə və ya itiribsə bunu elektron sistem üzərindən də öyrənmək mümkündür və belə də ediləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6636
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar