COVID-19-a Azərbaycanda ən çox bu yaşda insanlar YOLUXUR
01 noyabr 2021 10:59 (UTC +04:00)

COVID-19-a Azərbaycanda ən çox bu yaşda insanlar YOLUXUR

 COVID-19-a artıq bütün yaş qruplarına mənsub insanlar yoluxur. 

Bəs, ölkədə yaş qrupları üzrə yoluxma halları nə qədərdir?

Lent.az-ın məlumatına görə, Azərbaycanda ən çox yoluxma 30-39 yaş arası, ən az yoluxma halı isə yaşı 80-dən yuxarı olan insanlarda görülür.

Yaş kateqoriyası üzrə yoluxma faizlərini təqdim edirik:

1-9 yaş arası – 3 faiz

10-19 yaş arası – 6 faiz

20-29 yaş arası – 16 faiz

30-39 yaş arası - 21 faiz

40-49 yaş arası – 15 faiz

50-59 yaş arası – 18 faiz

60-69 yaş arası - 15 faiz

70 -79 yaş arası - 4 faiz 

Yaşı 80-dən yuxarı insanlarda isə 2 faiz təşkil edir. 

Qeyd edək ki, ölkədə yoluxma halları kişilərə nisbətən qadınlarda daha çoxdur. Belə ki, virusa yoluxanların 51 faizi qadınlar, 49 faizi isə kişilərdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4473
avatar

Aytəkin Cəlali

Oxşar yazılar