Bakıda küçədə qalan uşağın valideynləri tapılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.
***
4 may, saat: 22:42
Bakıda iki yaşlı uşaq tapılıb.
Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kamalə Ağazadə paylaşım edib.
O bildirib ki, uşaq hazırda sığınacaqdadır.
Uşaq Goradil qəsəbəsində, "Fatimeyi Zəhra" məscidinin yanında yatmış vəziyyətdə aşkar edilib və polis əməkdaşları tərəfindən sığınacağa təhvil verilib.