Goranboyda baş verən yol qəzasında 8 nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Goranboy-Borsunlu-Gəncə magistral yolunda qeydə alınıb. Rayonun Veyisli kənd sakini 40 yaşlı X.Cəfərovun idarə etdiyi "Ford Fusion" markalı minik avtomobili ilə Balakürd kənd sakini, 36 yaşlı A.Nəbiyevin idarə etdiyi "QAZel" markalı mikroavtobus toqquşub. Qəzada xəsarət alanların Goranboy sakinləri olduğu bildirilir.
Araşdırma aparılır.
***
09:48
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Goranboy-Borsunlu yolunda qeydə alınıb. "Ford" markalı mikroavtobusla "Ford" markalı minik avtomobilli toqquşub.
Qəza zamanı 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.