Evlənəndən bir neçə həftə sonra edam edildi:  son sözləri nə oldu?
04 may 2026 19:59 (UTC +04:00)

Evlənəndən bir neçə həftə sonra edam edildi: son sözləri nə oldu?

0

Həbsxana şüşəsindən keçən sevgi hekayəsi edam kamerasında faciəvi şəkildə başa çatıb. Qadın məhkum ərinin öldüyü anı təsvir edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, britaniyalı qadın Tiana Krasniki, amerikalı əri Ceyms Brodnaksın Texasda edam edilməsinin ürək ağrıdan təfərrüatlarını bölüşüb. Cütlük mübahisəli ölüm hökmünün edamından bir neçə həftə əvvəl evləniblər.

Kişinin edamdan əvvəlki son sözləri

Hüquq məzunu olan Krasniki, ölümündən bir neçə həftə əvvəl, aprelin 14-də ölüm hökmünə məhkum edilmiş Brodnaks ilə evlənib. Aprelin 30-da hökm ölümcül iynə ilə icra edilib və bu zaman ərinə "Səni sevirəm" deməyi bacarıb.

31 yaşlı Krasniki son anlarında edam otağını ayıran şüşəyə tərəf qaçdığını və ərinin ölümünün şahidi olduğunu söyləyib.

"Mənə dediyi son sözlər "təslim olma" və "səni sevirəm" idi. Divana bağlı olduğu müddət ərzində bir-birimizlə danışdıq. Başı qəfildən geri əyildi və son sözünü deyə bilmədi. Sonra mənə baxdı və gözlərini yumdu. Qışqırdım ki, “Gözlərini aç”, ona onu sevdiyimi və onu məyus etdiyim üçün peşman olduğumu dedim", - qadın paylaşıb.

"Yerə yıxıldım, məni qaldırıb dedilər ki, onun ölməsi üçün 20 dəqiqə gözləməliyəm. Söz vermişdik ki, bu baş verənə qədər bir-birimizin gözlərinə baxıb danışaq. Hər şey sanki "Son təyinat yeri" filmindəki kimi hiss olunurdu", - Krasniki əlavə edib.

Kişi niyə edam cəzasına məhkum edilib?

Brodnaks 2008-ci ildə Dallas musiqi studiyasının qarşısında iki kişini - 26 yaşlı Stiven Svon və 28 yaşlı Metyu Batleri - güllələdiyini etiraf etdikdən sonra Texasda edam cəzasına məhkum edilib.

O, cinayəti əmisi oğlu Demarius Kamminqs ilə birlikdə törədib. Müstəntiqlərin sözlərinə görə, hər ikisi həmin vaxt sintetik narkotik olan fensiklidinlə qarışdırılan marixuananın təsiri altında olublar.

Bu ilin mart ayında Kamminqs bütün məsuliyyəti öz üzərinə götürüb, lakin bu, məhkəmənin qərarına təsir etməyib: Brodnaksın ölüm hökmünün ləğvi ilə bağlı apelyasiyaları rədd edilib.

Edamından qısa müddət əvvəl 37 yaşlı məhkum ədalətin səhv etdiyini bəyan edib və qurbanların ailələrindən bağışlanma ümidini ifadə edib.

"Mən Allaha bağışlanma dilədim. Mənim haqqımda nə düşünməyinizdən asılı olmayaraq, ümid edirəm ki, Allah bu duanı eşitdi. Amma mənim haqqımda nə düşünməyinizdən asılı olmayaraq, Texas səhv etdi. Mən günahsızam; işimdəki faktlar özləri üçün danışır. Nöqtə", - Brodnaks bəyan edib.

Vəkilləri qeyd ediblər ki, kişi cinayətdə iştirakından "dərin peşmançılıq çəkir". 

Cütlük necə tanış olub?

Brodnaks və Krasnikinin tanışlığı 2024-cü ilin oktyabr ayında yazışmalar vasitəsilə başlayıb. Qadının sözlərinə görə, o, beynəlxalq hüquq üzrə magistr dissertasiyası üçün insan hüquqları üzrə tədqiqatının bir hissəsi olaraq ona məktub yazıb. Əvvəlcə onlar "dost" olaraq qalmağı planlaşdırıblar, lakin britaniyalı qadının maksimum təhlükəsizlik həbsxanasına səfəri zamanı amerikalı ona evlilik təklif edib. Cütlük şüşə pəncərənin əks tərəflərində oturaraq qısa bir mərasimlə evləniblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar