Şərikini bir yumruğa  komaya salan azərbaycanlı HƏBS OLUNDU
05 may 2026 10:28 (UTC +04:00)

Şərikini bir yumruğa komaya salan azərbaycanlı HƏBS OLUNDU

0

Türkiyədə şərikini döyən azərbaycanlı həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Alanya qəsəbəsində baş verib.

Buradakı bir restoranda onlayn oyun oynayan daşınmaz əmlak agenti 38 yaşlı Aykut Poterlə azərbaycanlı şəriki Samir B. Arasında mübahisə yaranıb. Mübahisə zamanı Aykut zarafatla Samirin başına əli ilə zərbə vurub. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Şahidlərin sözlərinə görə, Samir Aykuta yumruqla zərbə vurub. Ağır xəsarət alan Aykut Poter xəstəxanaya yerləşdirilib. Onun komaya düşdüyü bildirilir.

Polislərin keçirdiyi əməliyyat tədbirləri ilə Samir B. Saxlanılıb. Qəsdən sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Samir B. məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar