
Çindən gəlib Bakıda keyfiyyətsiz şirin çörək məhsulları satırmış
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) paytaxtın Binəqədi rayonu, Biləcəri ŞTQ, Binəqədi şosesi, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.
AQTA-dan Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, fiziki şəxs Çin vətəndaşı Xuefeng Ye-ə məxsus müəssisədə kustar üsulla “Bakı bulka” və “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı ilə məşğul olur. İlkin baxış zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl edilmədiyiı məlum olub.
Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün qeyd olunur. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1850 ədəd qablaşdırmada “Bakı bulka” və 312 ədəd qablaşdırmada “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

Hicranə Əlişqızı
Oxşar yazılar

“Kraliça”nın hekayəti: “Milislər məni sürüyür, Çita da dirənib ki pulumu ver...” – XVIII BÖLÜM
27 yanvar 2021 , 20:15
Ekoloqlardan HƏYƏCAN TƏBİLİ: Yerə atılan maskalar 500 ilə çürüyəcək
27 yanvar 2021 , 19:07
Füzulinin Xələfşə kəndi - VİDEO
27 yanvar 2021 , 17:46
Hava XƏBƏRDARLIĞI: güclü külək əsəcək, qar yağacaq
27 yanvar 2021 , 17:42
"Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil" - RƏSMİ
27 yanvar 2021 , 16:29
Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü
27 yanvar 2021 , 16:17
"COVİD pasportu" ilə bağlı RƏSMİ AÇIQLAMA
27 yanvar 2021 , 16:15
Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07