Cəlilabad, Lerik və Astaradan olan şəhidlər dəfn edildi
16 sentyabr 2022 18:47 (UTC +04:00)

Cəlilabad, Lerik və Astaradan olan şəhidlər dəfn edildi

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.

Lent.az-ın APA-ya istinadla  məlumatına görə, şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib.

Sonra şəhid Göytəpə qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İsa Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub.

Ermənistanın Azərbaycan sərhədlərində törətdiyi təxribat nəticəsində həlak olan, şəhid leytenant Vüsal Bəxtiyar oğlu Məlikov dəfn edilib.

APA-nın Cənub bürosunun xəbərinə görə, o, doğulduğu Lerik rayonu, Almu kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Vüsal Məlikov Vətən müharibəsindən iştirakına görə medallarla təltif edilib.

# 1956
avatar

Oxşar yazılar