Bulvarda ilan qorxusu davam edir -  RƏSMİ AÇIQLAMA
02 iyun 2021 15:57 (UTC +04:00)

Bulvarda ilan qorxusu davam edir - RƏSMİ AÇIQLAMA

Son illərdə Dənizkənarı Milli Parkda ilanların tez-tez görülməsi orada istirahət edən şəxslər, xüsusən də azyaşlılar üçün qorxu və təhlükə yaradır.

Mövzu ilə bağlı Lent.az-a qurumdan bildirilib ki, artıq bununla bağlı müvafiq işlərə başlanılıb:

"Mayın 31-də parkın bütün ərazisində ilanlara və zərərvericilərə qarşı mühafizə və dezinfeksiya tədbirləri həyata keçirilib".

Xatırladaq ki, bir neçə gün əvvəl də parkda ilanların olması barədə video və şəkillər yayılmışdı.

 

# 2415
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar