“Sağalanların sayının yoluxanların sayını keçməsi yaxşıdır”.
Lent.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, daha çox testlərin daxilində pozitiv nəticələrin payı maraqlıdır:
"Yyoluxmalar daha çox ötən ilin noyabr-dekabr aylarında olub. Yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altında saxlanlır. 30-59 yaş arası insanlarda yoluxma halları çox olur".