M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, həkim Elgün Səmədov baş həkim təyin edilib. O, artıq səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.