Bu toydurmu?  - Ekspertlər maketə edilən şəhid toyundan DANIŞDILAR
29 noyabr 2021 18:09 (UTC +04:00)

Bu toydurmu? - Ekspertlər maketə edilən şəhid toyundan DANIŞDILAR

Şəhid Emin İsmayılova ailəsinin toy etməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, şəhidin ailəsi ona şadlıq saraylarının birində sözün əsl mənasında toy edib. Toyda bəy kimi, şəhidin maketi gətirilib: Vağzalı, göz yaşı, növbənöv yeməklər, gəlinsiz və şəhidin maketilə toyu.

Baş verənlərlə bağlı ilahiyyatçı Elşad Miri Lent.az-a açıqlamasında bildirir ki, insanların belə bir vəziyyətdə hislərini cilovlaması çox çətindir:

“Bu toy bəlkə də ananın ürəyində tutduğu arzusu idi, onu həyata keçirmək üçün də bu addımı atıb. Amma bunun bir mənası varmı, ora yığışan insanlara bu əziyyəti, zülmü verməyə dəyərmi?! Həm orada yasını ver, həm belə toy et. Sual vermək lazımdır, bu toydurmu?! Bu, sadəcə insanların hissləri ilə oynamaqdır.
O qədər insanlar yığışmışkən yaxşı olardı ki, şəhidlik zirvəsindən, şəhidin xatirələrindən, Allahdan, dindən söhbətlər edilsin. Yoxsa belə bir  “şənliyin”  təşkil olunması sadəcə hər şeyi dəyərsizləşdirməkdir”.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, belə hadisələri qınamaq o qədər də doğru deyil:

“Bu cür hadisələrə kənardan baxıb qınamaq doğru deyil. Çünki mən belə ailələr tanıyıram. Uşaqları şəhid olub və yaxud da tez vəfat edib. Mənim yaxın tanıdığım ailə var idi, övladı 15 yaşında qan xərçəngindən vəfat edib. Anası illərlə oğlunun toyu üçün yığdığı pula elə onun üçün yas yox, toy təşkil etdi. Düzdü, orada musiqiçilər yox idi. Amma ana yazıq ortaya düşüb hər kəsə oğlunun toyu olduğunu deyirdi. Ona görə də biz onların həmin an hansı psixoloji vəziyyətdə olduqlarını bilmirik. Hətta həkimlə məsləhətləşəndə belə həkim “qoyun etsin, yoxsa sakitləşməyəcək” demişdi”.

İlahiyyatçı Hacı Şahinin fikirlərinə görə, bu kimi məsələləri Allah insanların öz düşüncəsinə buraxıb: 

“Burada bir şərt var ki, həmin düşüncələr şəhidimizin şəninə zərər gətirməməlidir. Düşünürəm ki, bu cür addımların atılması ailənin kədərinin daha da artmasına səbəb ola bilər. Şəhidlərin anım mərasimini keçirərkən düşünmək lazımdır ki, buna dost da, düşmən də baxır. Bunun hansı nəticələrə gətirə biləcəyini də nəzərə almaq lazımdır”.

Bakıda şəhidə toy etdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16544

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04