Bu rayonların  qazı kəsiləcək
11 may 2022 17:40 (UTC +04:00)

Bu rayonların qazı kəsiləcək

“Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə, mayın 12-si saat 9-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Qurumdan Lent.az-a verilən məlumata görə, təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.

# 3375
avatar

Oxşar yazılar