Bu rayonlarda  6 dərəcə şaxta   var - FAKTİKİ HAVA
21 fevral 2024 16:30 (UTC +04:00)

Bu rayonlarda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, fevralın 21-i saat 16:00-a olan məlumata əsasən şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4362
avatar

Oxşar yazılar