Bu rayonlara güclü leysan yağıb -  FAKTİKİ HAVA
07 sentyabr 2022 12:04 (UTC +04:00)

Bu rayonlara güclü leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-nə olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki və Lənkəran-Astara zonasında intensiv və güclü olub.

1 sutka ərzində düşən yağıntının miqdarı: Lənkəranda 51.0 mm (aylıq normanın 86%-i), Şəkidə 47.0 mm (aylıq normanın 32 %-i), Qaxda 42.0 mm (aylıq normanın 50%-i), Oğuzda 38.0 mm (aylıq normanın 28%-i), Astarada 35.0 mm (aylıq normanın 70%-i), Zaqatalada 33.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 32.0 mm (aylıq normanın 25%-i), Balakəndə 31.0 mm (aylıq normanın 26%-i), Yardımlıda 19.0 mm, Lerikdə 12.0 mm, Şəmkirdə 11.0 mm, Qusarda 10.0 mm, Ləzədə 9.0 mm, Şahdağda 8.0 mm, Şabran, Qubada 7.0 mm, Xaltan, Qrız, İsmayıllıda 6.0 mm, Altıağacda 5.0 mm, Xınalıq, Kürdəmir, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Xaçmaz, Naftalan, Ağdamda 3.0 mm, Zərdab, Ağstafa, Şamaxı, Gədəbəydə 2.0 mm, Bərdə, Yevlax, Beyləqan, Biləsuvar, İmişli, Ağdərədə (Ordubad) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Maştağada 9.0 mm, Bakıda 4.0 mm, Neft Daşları, Binədə 2.0 mm, Çilov adası, Pirallahıda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi Neftçala, Culfada 20 m/s, Hacıqabulda 18 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 25 m/s, Çilov adasında 19 m/s, Pirallahı, Sumqayıtda 18 m/s, Neft Daşları, Binədə 16 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti sentyabrın 8-i gündüzədək davam edəcək.

# 2121
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55