Bu rayona güclü qar yağdı -  FAKTİKİ HAVA
01 dekabr 2022 10:50 (UTC +04:00)

Bu rayona güclü qar yağdı - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 1-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Lənkəran-Astarada intensiv xarakterli olub. Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 26.0 mm, Lerikdə 25.0 mm, Astarada 19.0 mm, Göytəpədə 11.0 mm, Qəbələdə 10.0 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9.0 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8.0 mm, Göyçayda 7.0 mm, Culfa, Ağdamda 6.0 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən,Qusar, Ağstafa, Qrız, Naftalanda 5.0 mm-dək,

Bakıda və Abşeron yarımadasında yağıntı Bakıda 8.0 mm, Maştağada 6.0 mm, Binədə 5.0 mm, Pirallahıda 4.0 mm, Sumqayıtda 3.0 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətə fasilə olacağı gözlənilir.

# 4530
avatar

Oxşar yazılar