“II ixtisas qrupu son illərdə maraq mərkəzindən kənara çəkilib. Maliyyə sektorunda bankların bağlanması ilə bu sahədə əmək bazarında iş yerləri azalıb. Nəticədə abituriyentlərin də buna marağı azalıb”.
Lent.az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, amma iqtisadiyyatın inkişafı üçün peşəkar mütəxəssislər, mühasiblər, maliyyəçilər lazımdır:
“İxtisasların adı ənənəvi qalırsa, mahiyyətində və məzmununda çox böyük dəyişikliklər olur. II qrup üzrə 12000 min plan yeri var. Bu qrup üzrə 150-dən yuxarı bal toplayan 9800 şəxs var ki, onların da hər biri müsabiqəyə buraxılıb. Onların hamısı ali məktəbə qəbul olunacaqlar”.