Bu peşə işçilərinin sosial müdafiəsi GÜCLƏNDİRİLDİ  - FƏRMAN
08 may 2021 02:11 (UTC +04:00)

Bu peşə işçilərinin sosial müdafiəsi GÜCLƏNDİRİLDİ - FƏRMAN

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə prokurorluğun xəzinə hesabına köçürüləcək vəsaitlər artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Prokurorluq haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Əmək münasibətləri və məşğulluq altsistemi test rejimində fəaliyyətə başlayacaq
Prezidentin təltif etdiyi prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub
Satınalmaların təşkilinə dair tələblərin pozulmasına görə 2 min manata qədər cərimə müəyyənləşir

Dəyişikliyə əsasən, aşağıdakı vəsaitlər Prokurorluğun xəzinə hesabına köçürüləcək:

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5%-i;

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5%-i;

- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23%-i.

Eyni zamanda fərmana əsasən, Nazirlər Kabinetinə prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl prokurorluqda istinad olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi təmin olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilirdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar