Bu ölkələrdən diri quş və yumurta idxalı məhdudlaşdırıldı -  SİYAHI
03 iyun 2021 15:39 (UTC +04:00)

Bu ölkələrdən diri quş və yumurta idxalı məhdudlaşdırıldı - SİYAHI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Lesoto Krallığının Maseru, Vyetnamın Nin Txuan və Ka Mau, Litvaın Tauraq inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, bu ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Lesoto Krallığından, Vyetnam və Litva respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

# 1767
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar