Bu marşrut xətti də "BakuBus" a verildi
20 oktyabr 2021 12:45 (UTC +04:00)

Bu marşrut xətti də "BakuBus"a verildi

205 saylı müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 21-dən 205 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” avtobusları ilə icra ediləcək. 

Bildirilir ki, 205 saylı marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.  

Qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. 
 
Qeyd edilən nöqsanların aradan qaldırılması ilə daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

# 4953
avatar

Oxşar yazılar