Nərimanov rayonunda Şahmar Ələkbərov küçəsi təmir olunur
23 aprel 2021 15:06 (UTC +04:00)

Nərimanov rayonunda Şahmar Ələkbərov küçəsi təmir olunur

Bu küçəyə giriş bağlandı: SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Nərimanov rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Şahmar Ələkbərov küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı təmir işləri icra olunur.

Lent.az xəbər verir ki, uzunluğu 800 metr təşkil edən küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bu küçədə işlərin yekunlaşmasına uyğun olaraq 2021-ci ilin İnvestisiya Proqramında təmiri nəzərdə tutulan 15-dən artıq küçədə təmir işlərinin aparılması nəzərdə tutulub.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar