Bu küçələrdə hərəkət bərpa edildi, digərlərində isə ... - RƏSMİ
07 iyun 2021 12:50 (UTC +04:00)

Bu küçələrdə hərəkət bərpa edildi, digərlərində isə ... - RƏSMİ

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bağlanan bəzi küçələrdə hərəkət bərpa edilib.

Bu barədə Lent.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq paytaxtın Azneft dairəsi istiqamətinə Bayraq meydanından, Bayıl qəsəbəsindən, 20-ci sahədən və Bəhram Gur heykəli yanından ictimai nəqliyyat vasitələri hərəkət edirlər:

“Azneft dairəsindən isə Niyazi küçəsinə, İstiqlaliyyət küçəsinə, B.Sərdarov küçəsi istiqamətinə nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.

Eyni zamanda Şeyx Şamil küçəsindən metronun “İçərişəhər” istiqamətinə və Filarmoniyanın yanından Azneft dairəsi istiqamətində ictimai nəqliyyat vasitəsilərinin hərəkəti bərpa edilib”.

V.Əsədov əlavə edib ki, digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq sabahdan – 8 iyundan aradan qaldırılacaq.

# 2157
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar