Bu kanallara xəbərdarlıq EDİLDİ
21 noyabr 2022 17:49 (UTC +04:00)

Bu kanallara xəbərdarlıq EDİLDİ

Noyabrın 21-də Azərbaycan  Audiovizual Şurasının onlayn formatda iclası keçirib. İclasda şuraya daxil olmuş şikayətlər əsasında aparılmış monitorinqlərin nəticəsində "Space TV" və "MTV" redaksiyalarının (kanallarının) efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

Şuradan Lent.az-a verilən xəbərə görə, "Space TV" redaksiyasının (kanalının) efirində oktyabrın 12-si və 13-də saat 12.00 -14.45 arası yayımlanan "Gəl danış" və "MTV" redaksiyasının (kanalının) efirində oktyabrın 18-si və 19-da saat 13.00 – 15.00 arası yayımlanan "Ümid ilə gəl" proqramlarında şikayətçi qismində iştirak edən Fərman adlı şəxs həyat yoldaşı və onun ailəsi barədə nalayiq ifadələr işlədib. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.4-cü maddəsinin tələbinə (uşaqlar arasında dövriyyəsi qadağan edilən ailə institutunu nüfuzdan salan informasiya) zidd olmaqla, "Media haqqında" qanunun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulmasıdır.

İclasda, həmçinin, "ATV" redaksiyasının (kanalının) efirində noyabrın 17-də "Media haqqında" qanunun eyni maddəsinin, yəni 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı da müzakirə olunub. Belə ki, saat 12.00 – 13.50 arası yayımlanan “Günün sədası” proqramında iştirak edən şəxs tərəfindən zorakılıq və qəddarlıqla bağlı təqdiredici ifadələrdən istifadə olunmuşdur ki, bu “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun 4.2.4-cü maddəsinin tələbinə ziddir.

Baş verən bütün hallarda pozuntular canlı yayım zamanı baş verib. Lakin televiziya redaksiyalarının aparıcıları qonaq və ya ekspertlər tərəfindən istifadə olunan belə ifadələrin qanuna zidd olması ilə bağlı həm onlara, həm də tamaşaçılara məlumat verməli olduqları halda, müdaxilə etməyib və açıq efir ilə zorakılıq və qəddarlığın təbliğinə şərait yaratmış olublar. Televiziya aparıcıları bu sahədə daha diqqətli olmalı, proqram iştirakçılarına qanunvericiliyə əməl olunmasının zəruriliyi barədə dərhal məlumat və xəbərdarlıq verməlidirlər.

Aparılan müzakirələrdən sonra Azərbaycan Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçıları olan “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Space TV” redaksiyasına və "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasına, habelə peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasına xəbərdarlıq edib.

# 1767
avatar

Oxşar yazılar

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09
İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI  -VİDEO

İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI -VİDEO

27 yanvar 2023 , 16:49
Hacı Şahindən terrorla bağlı PAYLAŞIM:  "Diplomatlarımızın yanındayıq"

Hacı Şahindən terrorla bağlı PAYLAŞIM: "Diplomatlarımızın yanındayıq"

27 yanvar 2023 , 16:34
Marketlər  heyvan yeməklərini   insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

Marketlər heyvan yeməklərini insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

27 yanvar 2023 , 16:27
Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

27 yanvar 2023 , 14:30
Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

27 yanvar 2023 , 13:31
Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

27 yanvar 2023 , 13:27