2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib.
Lent.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, bu il qurum tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib:
"Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb".