Bu il "Son zəng" keçiriləcək? -  RƏSMİ CAVAB
07 iyun 2021 10:15 (UTC +04:00)

Bu il "Son zəng" keçiriləcək? - RƏSMİ CAVAB

2020/2021-ci tədris ilinin başa çatmasına sayılı günlər qalsa da, bu il “Son zəng”in keçirilib-keçirilməyəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, “Son zəng”lə bağlı müvafiq qərarın bu həftə ictimaiyyətə açıqlanması gözlənilir.

Məlumatda əlavə edilib ki, pandemiya zamanı kütləvi toplaşma ilə bağlı qərarları Nazirlər Kabineti verir.

Xatırladaq ki, ötən il koronavirus pandemiyası ilə əlaqədar iyun ayının 12-də virtual “Son zəng” keçirilmişdi.

# 3729
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar