Bu il havalar tez soyudu: İstilik nə vaxt veriləcək? - RƏSMİ CAVAB
26 oktyabr 2021 14:11 (UTC +04:00)

Bu il havalar tez soyudu: İstilik nə vaxt veriləcək? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Hazırda Bakı bu günlərdə özünə xas olmayan qış havası yaşayır. 

Maraqlıdır, havaların soyuq keçməsi səbəbindən Bakıya, eləcə də rayonlara istilik sistemi vaxtından əvvəl verilə bilərmi?

Mövzu ilə bağlı Lent.az-ın suallarını cavablayan verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılması nəzərdə tutulub:

“İstiliyin tez verilməsi ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. “Azəristilik” məktəblərlə, eləcə də bağçalarla müqavilə əsasında işləyir. Müqaviləyə görə, 5 ay müddətində sözügedən yerlərə istilik verilir. Müqavilədə də dəyişiklik olmayıb. Yəni, noyabr ayının 15-dən başlayaraq məktəblərə, bağçalara istiliyin verilməsinə başlanılacaq”.

# 4644
avatar

Aytəkin Cəlali

Oxşar yazılar