Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin ilk iki ayı ərzində 20 984 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Lent.az-a məlumat verilib.
Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.
Bu ilin yanvar-fevral aylarında ölkədə 13 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.