Bu həmkarlarımızın övladları BİRİNCİ OLDU  - FOTOLENT
22 sentyabr 2021 10:52 (UTC +04:00)

Bu həmkarlarımızın övladları BİRİNCİ OLDU - FOTOLENT

Onlar həyatlarının unudulmaz gününü yaşayırlar. Çünki övladlarının məktəblə ilk tanışlığı bu gündən başlayır. 

Lent.az jurnalistlərin məktəbə ilk addımlarını atan, şagird adını qazanan övladlarını təbrik edərək, onların fotolarını təqdim edir:

Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin övladı Sədəf Məmmədli bu il birinci sinfə gedir. 

Lent.az-ın digər əməkdaşı Yalçın Uğurun oğlu Uğur Süleymanlı ilk dəfə məktəblə tanış olur. 

Bu gün Kulis.az -ın redaktoru Sərdar Amin və Oxu.az-ın redaktoru Dursun Tağıyevanın övladı Asiya Aminin ilk dərs günüdür. 

Xəzər TV-nin əməkdaşı, idman jurnalisti Ceyhun Rzayevin qızı Zeynəb Rzayeva da birincilərdəndir. 

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin övladının ilk dərs günüdür. 

"DOST" Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentinin direktor müavini Teymur Hacıyevin oğlu birincilərdəndir. 

Trend.az-ın əməkdaşı Elgün Məsimov  və Moderator.az-ın əməkdaşı Xəyalə Rəisin əkiz övladlarının ilk dərs günüdür. 

 

Report.az-ın redaktoru İmdad Əlizadənin övladı Turqut Əlizadə birincilər sırasındadır. 

Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri  Vamiq Nəsirovun qızı məktəblə tanış olan balacalardandır. 

Report.az-ın əməkdaşı Gülsarə Muradın övladının ilk dərs günüdür.

Jurnalist Elvin Şirinovun qızı birincilər sırasındadır.

Mərhum jurnalist Rəşad Süleymanovun qızı da bu gün birinci sinifə yollanıb.

Avropa.infonun baş redaktoru Ruslan Bəşirlinin övladı birinci sinfə qədəm qoyur.

Müsavat.com saytının əməkdaşı Afaq Mirayiqin övladı Yusif birincilərdəndir. 

Bu gündən jurnalist Nazim XəliloğluYasəmən Quliyevanın qızı Nilufərin məktəblə tanışlığı başlayır.

Modern.az saytının əməkdaşı Namidə Bingöl və Oxu.az saytının jurnalisti Aqşin Kərimov cütlüyünün qızları Selcan bugünün birincilərindəndir.

Demokrat.az-ın baş redaktoru Vasif Həsənlinin övladı birinci sinfə gedir. 

Jurnalist Nizam Rzayevin övladı Rəhim birinci sinfə qədəm qoyur.

ASAN Radionun direktoru Emin Musəvinin qızı birincilər sırasındadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Anar Qafarovun oğlu birinci sinfə gedir.

Modern.az-ın baş redaktoru Anar Rüstəmovun oğlu İman da bu il birinci sinfə gedib.

Sputnik.az saytının əməkdaşı Nigar Cahan oğlunu 1-ci sinfə yola salıb.

Lent.az bütün birinciləri ilk dərs günü münasibəti ilə təbrik edir! 

 

# 5250
avatar

Nigar Adil

Oxşar yazılar