Bu gün sutkanın ilk saatlarından Günəşdə şiddətli geomaqnit qasırğası başlayıb.
Bu barədə Lent.az-a Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, hazırda geomaqnit qasırğası davam edir.
Şiddətli geomaqnit qasırğasının davam edəcəyi, 14 noyabrda artıq qasırğanın zəifləyəcəyi gözlənilir.