Bu gün Bakının bir hissəsində  SU OLMAYACAQ
05 fevral 2022 12:31 (UTC +04:00)

Bu gün Bakının bir hissəsində SU OLMAYACAQ

Bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

Bu barədə Lent.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 5-i gün ərzində paytaxtın Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Oxşar yazılar