Boyunda qırışların yaranma SƏBƏBLƏRİ
27 iyul 2022 19:35 (UTC +04:00)

Boyunda qırışların yaranma SƏBƏBLƏRİ

Rusiyalı plastik cərrah Mədinə Bayramukova boyundakı qırışların səbəblərini açıqlayıb. 

Lent.az Rusiya KİV-ə istinadən məlumat verir ki, həkim üfüqi qırışların qadınlarda kişilərə nisbətən daha çox olduğunu və yaşla formalaşdığını deyib:

“Qırışların görünüşü bir tərəfdən fərdidir - kimsə üçün 25 yaşında, kimsə üçün 35 yaşından sonra nəzərə çarpır. Qırışların formalaşmasına dərialtı təbəqənin qalınlığı təsir edir.
Yağ təbəqəsi, dərinin elastikliyi, malokluziya, siqaret çəkmək və bədənin qeyd olunan hissəsi üçün kosmetik qulluğun olmaması qırışların yaranmasına səbəb olur”.

Bundan əlavə, mütəxəssis boyunda qırışların yaranmasına səbəb kimi gündəlik vərdişləri sadalayıb: 

“Hündür yastıqda yatmaq, uzanaraq kitab oxumaq və s. bu kimi fəsadlara yol açır. Bütün bu vərdişlər birlikdə başın mövqeyinin dəyişməsinə səbəb olur. Əslində boyunun daimi irəli əyilməsi, həmçinin yanlış qamət və oturaq həyat tərzi qırışların yaranmasına səbəb olur. 

Bayramukova problemi həll etmək üçün gimnastika etməyi, diş həkiminə müraciət etməyi və bədənin sözügedən hissəsinə kosmetik qulluq göstərməyi tövsiyə edib: 

“Nəmlənmə və qidalanmadan məhrum olan dəri daha tez solmağa meyllidir. Əgər üzünüzə krem  çəksəniz, boynunuzu da unutmayın”.
 

# 2649
avatar

Oxşar yazılar