AzərbaycanQida Təhlükəsizliyi Agentliyi 2022-ci il martın 9-da ölkə üzrə 299 ictimai iaşə obyektində 537 monitorinq keçirib.
AQTA-dan Lent.az-a veilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid pr., ev D, məh. 556/557 ünvanında yerləşən, fiziki şəxs Keklik Eminə məxsus “Böyük Firat” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs “Fryday” MMC-yə məxsus “Fryday” restoranı;
3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən, fiziki şəxs Məmmədxanova İradə Arif qızına məxsus “Yuka” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küç., ev 84B ünvanında yerləşən, fiziki şəxs Qaçayev Babək Azarət oğluna məxsus “Bosman” restoranı.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.