Birinci siniflərə bu tarixdən qəbul başlayır
20 aprel 2021 11:31 (UTC +04:00)

Birinci siniflərə bu tarixdən qəbul başlayır

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. 

Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni  ümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14də başa çatacaq.

# 2079
avatar

Oxşar yazılar