Birinci sinfə qəbulla bağlı hələ suallarınız qalıb? - Bura müraciət edin
27 aprel 2021 12:24 (UTC +04:00)

Birinci sinfə qəbulla bağlı hələ suallarınız qalıb? - Bura müraciət edin

“Virtual bələdçi” vasitəsilə I sinfə qəbulla bağlı suallarınız cavablandırılacaq. 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə“Virtual bələdçi” (https://edu.gov.az/az/faq) xidməti əlavə edilib. 

Yeni xidmət vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallarınıza cavab tapa bilərsiniz. 

Qeyd edək ki, 27 aprel saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

# 1620
avatar

Nigar Adil

Oxşar yazılar