Bir ildə neçə COVID  xəstəsi barəsində cinayət işi açılıb? - RƏSMİ CAVAB
16 aprel 2021 12:42 (UTC +04:00)

Bir ildə neçə COVID xəstəsi barəsində cinayət işi açılıb? - RƏSMİ CAVAB

Azərbaycanda bir ildə cinayət məsuliyyətinə cəlb edilən COVID xəstələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 914 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 42 nəfəri barəsində həbs, 4 nəfəri barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət məsuliyyətinə cəlb olunanlardan 146 nəfəri bu ilin payına düşür.

Hazırda karantin rejimini pozan şəxslər barəsində başlanmış cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Oxşar yazılar