Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA
06 fevral 2024 09:16 (UTC +04:00)

Bəzi yerlərdə külək güclənib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb küləyi bəzi yerlərdə arabir güclənib. Hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb. 

Lent.az xəbər verir ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s,  Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.  

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7  metrə çatıb.    
                             
Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub.
                             
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17,  Naxçıvan MR-da 9,  Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5  dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4473
avatar

Arzu Qurbanlı

Oxşar yazılar