Bəzi insanlar koronavirusu niyə ağır keçirir? - AÇIQLANDI
22 aprel 2021 18:54 (UTC +04:00)

Bəzi insanlar koronavirusu niyə ağır keçirir? - AÇIQLANDI

Alimlər tərəfindən beyin toxumalarında aşkar edilmiş zədələnmələr COVID-19-u ağır keçirdən xəstələrin nəyə görə halüsinasiyalar və digər nevroloji problemlər yaşadıqlarına aydınlıq gətirib. 

Koronavirusu yüngül şəkildə keçirtmiş və sağalmış insanların başlarında həmçinin dumanlıq vəziyyəti müşahidə edilir. Alimlər insan beyninin birbaşa SARS-CoV-2-yə yoluxduğuna dair bir sübut tapa bilməyiblər. Lakin buna baxmayaraq beyin virus təsirinə məruz qalır. 

Lent.az “technote”a istinadən xəbər verir ki, bunun səbəbi virusun qan damarlarında mövcud olmasıdır.

Kolumbiya Universitetinin tədqiqatçıları 38-97 yaş aralığında COVID-19 səbəbilə həyatını itirmiş 41 şəxsin toxumalarının incələnməsi üzrə hesabatı təqdim ediblər. Həmin xəstələrin bir hissəsi xəstəxanaya yerləşdirildikdən 1 sutka sonra intensiv terapiya şöbəsində, digər hissəsi isə bir neçə həftə və ya ərzində xəstəxanada müalicə prosesi zamanı həyatını itirib. 

Bir tərəfdən alimlər beynin birbaşa SARS-CoV-2-yə yoluxduğunu aşkar etməyiblər. Lakin digər tərəfdən alimlər beyin toxumalarında zədələnmələr aşkar ediblər. 

Hazırda bir çox tədqiqatlar beynin birbaşa SARS-CoV-2-yə yoluxması barədə ziddiyyətli məlumatlar təqdim edirlər.

Sözügedən tədqiqat çərçivəsində isə alimlər beyin neyronlarında və qlial hüceyrələrində virusun mövcudluğunu aşkar etməyiblər.

Nəzərə çarpmayacaq dərəcə virus RNT-nin mövcudluğu isə virusun qan damarlarında və ya beyni əhatə edən hüceyrələrdə olması ilə əlaqələndirilir.

 “Biz digərlərindən fərqli olaraq daha çox toxuma nümunəsini incələmişik və virusun izlərinin aşkar edilməsi üçün daha çox üsuldan istifadə etmişik. Lakin beyin hüceyrələrində virus RNT-ni və ya zülalını aşkar etməmişik” - deyə tədqiqatçılardan biri qeyd edib. 

Bəzi tədqiqatlarda qeyd olunur ki, SARS-CoV-2 neyronlarda və qlial hüceyrələrdə aşkar edilib. Lakin tədqiqatçıların fikirlərin əsasən bu, beynin qan damarlarında virusun mövcud olması ilə əlaqəlidir. Tədqiqatçılar beynin bir çox hissəsini analiz ediblər və virus izinə rast gəlməyiblər.

Beyində virusun olmamasına baxmayaraq hər bir xəstədə beyin patologiyası müşahidə edilir. Alimlər aşkar edilmiş beyin patologiyalarını 2 kateqoriyaya ayırıblar. Xəstələrdən ibarət birinci qrupda beyin zədələnmələri hipoksiya (orqanizmdə və ya ayrı-ayrı orqanlar ilə toxumalarda oksigenin aşağı səviyyədə olması) ilə əlaqəli olublar. Çox güman ki, bu halı beyinə oksigenin verilməsini dayandırmış qan laxtalanması yaradıb. Xəstələrdən ibarət ikinci qrupda isə beyin zədələnmələri çoxlu sayda aktiv mikroqliya (beyini patogenlərdən qoruyan immun hüceyrələr) səbəbi ilə yaranıblar. 

“Hipoksiya, hüceyrələri aktiv mikroqliya üçün daha həssas edə bilər. Buna görə də hətta beyin birbaşa SARS-CoV-2-yə yoluxmasa da toxumaların zədələnməsi müşahidə edilir” - deyə vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5559
avatar

Oxşar yazılar