Abşeronda zibil tullantıları
07 may 2021 12:12 (UTC +04:00)

Abşeronda zibil tullantıları

Bələdiyyə işçisi zibilə görə cərimələndi

Mayın 5-də Abşeron rayon Polis İdarəsi əməkdaşlarının 28 May qəsəbəsində keçirdiyi tədbir zamanı E.Müslümov küçəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin işçisi X.Eyvazov barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunub. 

Həmçinin qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Mehman Nəbiyev

Oxşar yazılar