Bayramı günlərində DYP-dən təhlükəsizlik tədbirləri - VİDEO
09 iyul 2022 10:36 (UTC +04:00)

Bayramı günlərində DYP-dən təhlükəsizlik tədbirləri - VİDEO

Qurban bayramı günlərində Baş DYP İdarəsi tərəfindən yollarda təhlükəsizliyin təmin edilməsi, baş verə bilecek yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində  nəzarət-profilaktiki tədbirlər keçirilib. 

İdarədən Lent.az-a verilən məlumata görə, tədbir zamanı sürət həddinə riayət olunması, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmamaları, manevretmə  qaydalarını kobud şəkildə pozmamaları, qarşıdakı nəqliyyat vasitəsilə ara məsafəsini düzgün seçmələri və ən çox da yuxulu, yaxud yorğun halda avtomobil idarə etməmələri sürücülərin diqqətinə çatdırılmış, tədbirdə sürücülərlə yanaşı avtomobillərdə olan uşaqlarla da söhbət aparılmış, onlara Baş DYP İdarəsi tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.

Uşaqlar şərti yol polisləri elan edilərək onlara valideynlərə nəzarət etmək, yollarda qayda pozduqları zaman xəbərdarlıq etmək tövsiyə olunub. 

Vətəndaşlarımızın mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş DYP İdarəsi tərəfindən belə tədbirlərin keçirilməsi davam etdiriləcək.

# 1836
avatar

Mehman Nəbiyev

Oxşar yazılar