28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.
Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.
Qərara əsasən, ictimai nəqliyyatın hərəkət mayın 29-u saat 00:00-dan mayın 31-i saat 06:00-dək dayandırılacaq.