Bakının məşhur şadlıq evləri cərimələndi - SİYAHI
12 may 2023 10:03 (UTC +04:00)

Bakının məşhur şadlıq evləri cərimələndi - SİYAHI

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Lent.az-a verilən məlumata görə, keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Niel”, “Mega Palace", “Qızlar", “Qəbələ Xanlar”, “1955”, “Badi Səba”, “Şam bağı”, “Mirvari”, Sumqayıt şəhərində fəaliyyət göstərən “Xəzinə Palace” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Monitorinq və nəzarət tədbirləri davam etdirilir.

# 2622
avatar

Fidan İlqar

Oxşar yazılar